ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Yekaterinburq şəhərində, Kirov rayon məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski və digər azərbaycanlıların həbs müdətini yarım il uzadıb.Bizim.Media xəbər verir ki, məhkəmənin qərarına görə, Şıxlınski və 2001–2011-ci illərdə qətllər və sui-qəsdlərdə ittiham olunan azərbaycanlılar 31 may 2026‑cı ilə qədər həbsdə qalacaqlar. Növbəti məhkəmə iclası 15 yanvar 2026‑cı il tarixində keçiriləcək və orada məhkəmə heyətinin seçimi baş tutacaq.
Şahin Şıxlınski və oğlu Mutvalı 1 iyulda Yekaterinburqda həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı saxlanılmışdılar. Bu əməliyyat, daha sonra digər azərbaycanlıların kütləvi həbsinə səbəb olmuşdu.
Həmin olay zamanı 2 azərbaycanlı da rus “OMON”u tərəfindən vəhşicəsinə öldürülmüşdü.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.