AZ

87 yaşlı məşhur rəssam ATA OLDU digər övladları ilə əlaqəni kəsdi

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Məşhur Çin rəssamı Fan Czen 87 yaşında ata olub.

BAKU.WS xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Rəssamın həyat yoldaşı, 37 yaşlı Syu Men oğlan dünyaya gətirib. O, ərindən 50 yaş kiçikdir. Fan Czen açıqlamasında bunun onun "yeganə bioloji övladı" olduğunu deyib.

Rəssam yeni qərarını da açıqlayıb: o, ailə işlərinin idarəsini tam şəkildə gənc həyat yoldaşına verib və əvvəlki evliliklərindən olan övladları ilə əlaqəni kəsib.

Bu xəbərdən əvvəl rəssamın qızı Syaoxue Menin onu ailədən təcrid etdiyini və əsərlərini gizli şəkildə satdığını iddia etmişdi. Rəssamın nümayəndəsi isə bu iddiaları rədd edib.

Qeyd edək ki, cütlük 2024-cü ilin aprelində evlənib. Onların tanışlığı isə Syu Menin radio aparıcısı kimi rəssamdan müsahibə götürməsi ilə başlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
87
1
baku.ws

2Mənbələr