Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Tailandla sərhəddə münaqişənin kəskinləşməsi səbəbindən Kambocanın yarım milyondan çox sakini evlərini tərk edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Khmer Times" qəzeti Kamboca Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Tailandın Kambocaya hücumları səbəbindən evlərini tərk etmək və təhlükəsiz ərazilərə təxliyə olunmaq məcburiyyətində qalan dinc sakinlərin sayı dekabrın 21-də 525 231 nəfərə çatıb ki, bunlardan 274 800-ü qadın, 167 100-ü isə uşaqdır.
Nazirlik, həmçinin qeyd edib ki, dekabrın 7-dən bəri törədilən təcavüz aktları, o cümlədən artilleriya və raket hücumları, mülki ərazilərin bombalanması nəticəsində 19 dinc sakin həlak olub, 79 nəfər yaralanıb.
Tailand ordusunun Kamboca sərhəd bölgəsinə endirdiyi zərbələr nəticəsində 100-dən çox fərdi ev, 5 məktəb, 3 tibb mərkəzi, bazar, anbarlar, bir neçə qədim məbəd və paqoda (Uzaq Şərq (Çin, Yaponiya, Koreya, Vyetnam, Myanma, Tailand, Laos, Kamboca) və Cənubi Asiyada (Hindistan, Nepal) rast gəlinən, dini, əsasən buddizm və hinduizm məbədi funksiyasını yerinə yetirən, çoxmərtəbəli qülləvarı tikilidir - red.), gömrük və aksiz administrasiyası binası, 11 inzibati bina, üç hotel, bir neçə körpü, yanacaqdoldurma məntəqəsi və 28 nəqliyyat vasitəsi məhv edilib.
Tailand-Kamboca sərhədində dekabrın 7-də toqquşmalar başlayıb. Hər iki tərəf atışmanın başlanmasında bir-birini günahlandırır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.