“Kəpəz” klubu iki futbolçusu ilə əməkdaşlığa son qoyub.
Bu barədə Fanat.Az-a Gəncə təmsilçisindən bildirilib.
Polşalı qapıçı Katsper Roza və portuqaliyalı müdafiəçi Perdu Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, hər iki futbolçu bölgə klubuna mövsümün əvvəlində cəlb olunmuşdu.