Sea Breeze
Daxili kommunikasiyanın gücləndirilməsi, əməkdaşlar arasında komanda ruhunun artırılması və asudə vaxtın səmərəli təşkili məqsədilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə intellektual yarış təşkil olunub.Yarışda Agentliyin müxtəlif struktur bölmələrini təmsil edən ümumilikdə 6 komanda iştirak edib. Hər komandada 5 nəfər olmaqla keçirilən oyun yarımfinal və final mərhələləri üzrə davam edib. Gərgin və maraqlı mübarizə şəraitində baş tutan yarış iştirakçıların bilik və məntiqi düşünmə bacarıqlarını nümayiş etdirməsinə imkan yaradıb. Final mərhələsində üstünlük qazanan qalib komanda mükafatlandırılıb.Tədbirin keçirilməsində məqsəd əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və milli birlik dəyərlərinin təşviq olunmasıdır.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX