BAKI, 22 dekabr. TELEQRAF
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı əsasında azadlığa buraxılan məhkum Seyidağa Məmmədzadə Prezidentə təşəkkür edib.
Teleqraf xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında amnistiya aktının icrası zamanı deyib.
Məhkum bildirib ki, məhkəmədə 5 ay 26 gün cəza almışdı: "Bu cəzanın yarısını çəkmişdim. Prezident İlham Əliyevə amnistiya təşəbbüsünə görə təşəkkür edirəm. Mənim azadlığa çıxmağıma yaxınlarım çox sevindi. Digər məhkumlara da azadlıq arzu edirəm. Azadlığın qədrin bilib cinayətdən uzaq olmaq lazımdır".
Aminstiya aktının icrası ilə əlaqədar azadlığa çıxan məhkum Nəcməddin Hacızadə bildirilib ki, 2 il 6 ay azadlıqdan məhrum edilib: "Azadlığa çıxmağına iki ay qalmışdı. Bu gün aminstiya aktının icrası ilə vaxtından əvvəl azadlığa çıxdım. Sevincimin həddi-hüdudu yoxdur. Bu humanist qərara görə Prezidentə təşəkkür edirəm. Mən narkotik istifadəçisi olmuşam".