AZ

Makron Ukrayna ilə bağlı “B planı”nın irəli aparılmasında həlledici rol oynayıb- Politico

Fransa Prezidenti Emmanuel Makron Ukrayna məsələsi ilə bağlı “B planı”nın təşviqində həlledici rol oynayıb. AzPost xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Makron Kiyevə verilməsi nəzərdə tutulan reparasiya krediti ilə bağlı tərəddüdləri aradan qaldıraraq qərarın qəbul olunmasında əsas fiqur olub. Qeyd olunur ki, Avropa liderlərinə yenilənmiş hüquqi təklif təqdim edildikdən sonra, İtaliyanın Baş naziri Corcia Meloninin bu planı sərt şəkildə tənqid etməsinə baxmayaraq, Makron tərəflərin mövqeyinə ciddi təsir göstərə bilib.

Mənbələrin fikrincə, Avropadakı bir sıra həmkarlarından fərqli olaraq, Emmanuel Makron bu mürəkkəb məsələni asan və əlavə gərginlik yaratmadan həll etməyə nail olub.

Söhbət Avropa İttifaqının borclanması hesabına maliyyələşdiriləcək “aralıq” kreditdən gedir. Bu vəsaitin 2026-cı ilin əvvəlində Ukraynaya maliyyə dəstəyi göstərmək məqsədi daşıdığı bildirilir.

Xatırladaq ki, Politico-nun yazdığına görə, bu kredit mexanizmi Ukraynaya ayrılacaq gələcək maliyyə paketləri üçün keçid mərhələsi kimi nəzərdə tutulur.

AzPost.az

Seçilən
48
azpost.info

1Mənbələr