Türkiyədə 12 yaşlı şagird məktəb direktorunu tüfənglə vurub.
"Unikal" xəbər verir ki, hadisə Mersin əyalətinin Anamur rayonunda qeydə alınıb. Belə ki, orta məktəb şagird M.K (12) naməlum səbəbdən məktəbin həyətində məktəb direktoru 9 yaşlı Ender Karanı tüfənglə vurub.
Ağır yaralanan Kara xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Jandarma qrupları məktəblimi və atası Y.K-nı saxlayıb.
Gülayə Mecid