AZ

Cövdət Yılmaz: Can Azərbaycan vacib dostumuz və müttəfiqimizdir

“Can Azərbaycanla “iki dövlət, bir millət”ik, Azərbaycan çox vacib dostumuz və müttəfiqimizdir.

APA xəbər verir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, siyasi əlaqələr yüksək şəkildə inkişaf edib, eyni zamanda, iqtisadi əlaqələr artmaqdadır: “Bu gün Bakıda Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını da keçirəcəyik. Çox sıx proqramımız var. Bu əlaqələrimizi daha da inkişaf etdirmək üçün müzakirələr aparacağıq. Həm əvvəl həyata keçirilən işləri dəyərləndirəcəyik, həm də yeni görüləcək işlərlə bağlı müzakirələr aparacağıq və Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeni protokolunu da imzalayacağıq".

Seçilən
6
4
apa.az

5Mənbələr