AZ

Matça doğru: “Sabah” və “Sumqayıt”da itkilər

Misli Premyer Liqasının XVI turunda “Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Ev sahibində cəzalı Rayan Serhadji və zədəli Nihad Əhmədzadə ilə Ayxan Süleymanlı matçda forma geyinə bilməyəcək.

“Sabah”da da oyun öncəsi itkilər var. Zineddin Uld Xaled, Pavol Şafranko və Cesse Sekidika zədəli olduğu üçün meydana çıxa bilməyəcək.

Xatırladaq ki, “Sumqayıt” – “Sabah” görüşü bu gün saat 19:30-da start götürəcək.

Seçilən
28
idmanxeber.az

1Mənbələr