ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
«Sadə iqtisadi düstur var. Qiymət artımı ilə tələb əks mütanasibdədir. Kərə yağının qiymətində suni bahalaşma tələbən azlmasına artıq ciddi təsir göstərir. Gəlirləri də azaldır. Hazırda Dövlət Gömrük Komitəsinin statistik göstəricilərinə əsasən ötən ilə müvafiq dövrü ilə müqaisədə, ümumi olaraq kərə yağının idxalı 12.5 faiz azalıb. Baxmayaraq ki, daxili istehsalda da 10.4 faiz azalma müşahidə olunur”.
Bunu 525.az-a iqtisadçı ekspert Eyyub Kərimli bildirib. O qeyd edib ki, digər tərəfdən, cari ilin ilk 11 ayının yekunlarına görə, Azərbaycana idxal edilən kərə yağının 1 kq üzrə orta idxal qiyməti 11,76 manat olub:
“2024-cü ilin eyni dövründə bu göstərici 9,78 manat idi. Bu isə ötən illə müqayisədə 1,98 manat və ya 20,3 faz artım deməkdir. Bu necə olur ki, 11.76 manata idxal olunan yağ marketlərdə 27-30 manata satılır?”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.