AZ

Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu” keçirildi Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20–21 dekabr 2025-ci il tarixlərində “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, forumun əsas məqsədi gənc müəllimlər arasında peşəkar ünsiyyətin gücləndirilməsi, təhsil sahəsində aktual mövzuların müzakirəsi və şəbəkələşmə imkanlarının genişləndirilməsi olub.

Açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək bu cür platformaların gənc müəllimlərin peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib. Ardınca Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev təhsil siyasətində gənc müəllimlərin yeri və onların ictimai fəallığının vacibliyini vurğulayıb.

Forumun birinci günü çərçivəsində keçirilən I sessiya “Gələcəyi inşa edən müəllimlər və istedadlı uşaqlarla iş” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllimlərin gələcək nəsillərin formalaşmasındakı strateji rolundan, istedadlı şagirdlərlə işin effektiv metod və yanaşmalarından bəhs edib.

Daha sonra baş tutan II sessiya media savadlılığı mövzusunu əhatə edib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva “Media savadlığı nədir və niyə vacibdir?” mövzusunda çıxış edərək informasiya cəmiyyətində tənqidi düşüncənin əhəmiyyətini diqqətə çatdırıb. Ardınca Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Nurşərəf Tağıyeva “Media savadlılığı və yeni trendlər” mövzusunda təqdimatla çıxış edib, rəqəmsal mediada baş verən yeniliklərdən danışıb.

Forumun ikinci günü layihə idarəçiliyi və müasir texnologiyalara həsr olunmuş II sessiya baş tutub. I sessiya “Layihələrin yazılması, idarə edilməsi və maliyyə əsaslandırması” mövzusunda keçirilən sessiyada Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının icraçı direktoru Aygün Kərimova layihələrin hazırlanması mərhələləri və maliyyə planlaşdırmasının əsas prinsipləri barədə ətraflı məlumat verib.

II sessiya isə NAYORA-nın təşkilatlarla iş üzrə katibi Elnarə Əliyeva “Süni intellekt və rəqəmsal bacarıqlar” mövzusunda çıxış edərək təhsildə süni intellektin tətbiqi imkanları, müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İnteraktiv müzakirələr və fikir mübadiləsi ilə yadda qalan forum gənc müəllimlər üçün yeni əməkdaşlıq imkanları yaradıb və iki gün davam edən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu” uğurla yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
3
qafqazinfo.az

4Mənbələr