AZ

Parlamentdə dava Millət vəkilləri bir birilərinə hücum etdi + VİDEO

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Türkiyə Böyük Millət Məclisində (TBMM) 2026-cı il büdcə müzakirələri zamanı fiziki qarşıdurma yaşanıb.

Belə ki, müzakirələr başa çatdıqdan sonra səsvermənin başlaması gözlənildiyi zaman CHP və AKP-dən olan deputatlar arasında gərginlik artıb. AKP-nin Bursa millət vəkili Mustafa Varank ilə CHP Qrup sədrinin müavini Murat Emir arasında yaşanan şifahi mübahisə şiddətlənib və nəticədə iki partiyadan olan millət vəkilləri bir-birlərinə hücum etdilər. 

Təxminən 2-3 dəqiqə davam edən davadan sonra Numan Kurtulmuş iclası dayandırıb. Lakin buna baxmayaraq, fasilə zamanı da iki partiyanın millət vəkilləri arasındakı qarşıduram davam edib.

Həmin görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
azpolitika.info

1Mənbələr