AZ

“Hizbullah” infrastrukturunu bərpa edən yaraqlı MƏHV EDİLDİ – VİDEO

İsrail ordusu “Hizbullah”ın infrastrukturunu bərpa edən yaraqlını məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Livanın cənubunda keçirilən əməliyyatda razılaşmanı pozan şəxs zərərsizləşdirilib.

Məlumata görə, İsrail ordusu Livanın cənubundakı Yaatar rayonunda “Hizbullah”ın iki yaraqlısına hücum təşkil edib.

Əməliyyat zamanı təşkilatın həmin ərazidəki hərbi infrastrukturunu bərpa etməyə çalışan yaraqlı məhv edilib.

Bildirilir ki, həmin şəxsin fəaliyyəti İsrail və Livan arasında əldə olunmuş razılaşmaları pozurdu.

Həmçinin qeyd olunur ki, son bir həftə ərzində İsrail ordusu Livanın cənubunda ümumilikdə 4 yaraqlını zərərsizləşdirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
58
interpress.az

1Mənbələr