ain.az, Yeniavaz saytına istinadən bildirir.
Amnistiya aktı Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də şamil olunub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, o, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
O, məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilib.
Amnistiya aktı ilə o, cəzasının çəkilməyən hissəsindən azad edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.