AZ

Ceff Lendri: Vaşinqton Qrenlandiyanı ABŞ-a birləşdirmək niyyətindədir

Bakı, 22 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp tərəfindən Qrenlandiya üzrə xüsusi elçi təyin olunan Ceff Lendri Vaşinqtonun adanı ABŞ-a birləşdirmək niyyətində olduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, Ceff Lendri bu barədə özünün sosial media hesabında yazıb. “Prezident Donald Trampa təşəkkür edirəm! Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirmək məqsədilə bu könüllü vəzifədə sizə xidmət etmək mənim üçün böyük şərəfdir”, – deyə elçi bildirib.

Onun sözlərinə görə, yeni səlahiyyətləri onun Luiziana ştatının qubernatoru kimi fəaliyyətinə təsir göstərməyəcək.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Ceff Lendrinin Qrenlandiya üzrə xüsusi elçi təyin olunduğunu açıqlayıb.

Xatırladaq ki, Ağ Evin rəhbəri dəfələrlə Qrenlandiyanın ABŞ-la birləşməli olduğunu bildirib. Onun fikrincə, bu ərazilər Birləşmiş Ştatların milli təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. ABŞ lideri, eyni zamanda, adanın nəzarətinin ələ keçirilməsi üçün hərbi gücdən istifadə edilməyəcəyinə dair öhdəlik götürməyib. Danimarkanın xarici işlər naziri Lars Lyekke Rasmussen isə öz növbəsində Vaşinqtonu krallığın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

1953-cü ilədək Danimarkanın koloniyası olan Qrenlandiya krallığın tərkibində qalsa da, 2009-cu ildə muxtariyyət statusu alıb.

Seçilən
85
azertag.az

1Mənbələr