Bakı. Trend:
Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək 4 nəfərinölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidentiElşad Kəlbəliyəvə də amnistiya aktı şamil edilib.
Trend xəbərverir ki, o, bu gün Penitensiar Xidmətin 7 saylı məntəqə tiplicəzaçəkmə müəssisəsində azadlığa buraxılan 20 məhkumdan biriolub.
Qeyd edək ki, E.Kəlbəliyev məhkəmənin qərarı ilə 8 il müddətəazadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı iləcəzası 5 ilə endirilib.