“İlk dəqiqələrdən oyunumuz alınmadı. Meydançaya uyğunlaşmağa çalışırdıq, rəqib boşluq vermird. İkinci hissədə çoxlu imkanlarımız oldu. Yaratdığımız şansları dəyərləndirə bilmədik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov “Karvan-Yevlax” oyunu (2:0) sonrası deyib. O, daha sonra belə davam edib:
“Dayanmadan çalışdıq və sonda qələbə qazandıq. Məşqçinin istədiklərini yerinə yetirməyə çalışırıq.
Aqressiv, kompakt oynamaq istəyirik. Bəzən alınır, bəzən yox. Qışdan sonra daha yaxşı olmağa çalışacağıq”.