AZ

Azadlığa buraxılan şəxs: Cinayət törətməkdən uzaq olmaq lazımdır

Bakı, 22 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevə amnistiya təşəbbüsü üçün minnətdarlığımı bildirirəm. Mən və ailəm buna görə çox sevincliyik. Digər məhkumlara da azadlıq arzu edirəm. Azadlığın qədrini bilib, cinayət törətməkdən uzaq olmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı İstintaq Təcridxanasında saxlanılan və bu gün azadlığa buraxılan Seyidağa Məmmədzadə deyib.

O, 5 ay 26 gündür ki, məhkum olunduğunu və cəzasının yarısını çəkdiyini bildirib.

Seçilən
44
azertag.az

1Mənbələr