AZ

İsveçdə 12 yaşlı muzdlu qatil həbs olunub

Bakı. Trend:

İsveçdə polis 12 yaşlı muzdlu qatil həbs edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həbs olunan yeniyetmə planlaşdırılan sifarişliqətlə müqabilində 27 min dollar alsa da, atəş açaraq dostları iləbirlikdə olan başqa bir gənci güllələmişdi.

Cinayətin məqsədi və sifarişi verən şəxsin kimliyi hələliknaməlum qalır.

Polis həbs edilən yeniyetmənin bundan əvvəl də oxşar sifarişlisilahlı hücumlar həyata keçirib-keçirmədiyini araşdırır.

“Biz cinayətkarların yaşının azalması tendensiyasını müşahidəedirik”,-deyə Malmö polisinin istintaq zabiti Rasem Çebilbildirib.

O əlavə edib ki, bir çox azyaşlılar sosial şəbəkələr vasitəsilədaha təcrübəli cinayətkarlar tərəfindən cəlb olunur və ağırcinayətlər üçün istifadə edilirlər. İsveçdə 15 yaşdan kiçik uşaqlaradətən həbs oluna bilməzlər, lakin indiki halda prokurorluqcinayətin ağırlığını nəzərə alaraq cinayət işi açmağa qərarverib.

Məqalədə:
Seçilən
60
az.trend.az

1Mənbələr