İndoneziyanın Sumatra adasında baş verən şiddətli daşqın və torpaq sürüşməsi nəticəsində ən azı 1 106 nəfər ölüb, 175 nəfər hələ də itkin düşmüş hesab edilir.
Hafta.az xəbər verir ki, bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyindən məlumat verilib.
Agentliyin məlumatına görə, fəlakət nəticəsində təxminən 7 000 nəfər xəsarət alıb.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi daşqınların noyabrın sonundan bəri bölgədə davam edən güclü yağışlar səbəbindən baş verdiyini bildirib.
Sel suları yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub və xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çatmasına mane olub.
Xatırladaq ki, İndoneziyanın Sumatra adasında baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı daha əvvəl 1000 nəfər təşkil edirdi.