Bakı.Trend:
Bu gün Azərbaycanda Media Savadlığı Həftəsi keçirilir. Bu, artıqbizim mediada bir ənənə halını alıbdır. Belə ki, artıq dördüncüildir ki, cəmiyyətin media savadlılıq səviyyəsinin artırılmasıməqsədi ilə Media Savadlığı Həftəsi keçirilir.
Trend xəbərverir ki, bu fikirləri bu gün “Rəqəmsallaşma, Süni İntellekt vəMedia Savadlılığı” konfransı çərçivəsində Media-nın İnkişafıAgentliyinin icraçı direktoru Natiq Məmmədli jurnalistlərəaçıqlaması zamanı deyib.
O qeyd edib ki, cəmiyyətin media savadlığının yüksəldilməsi əsasprioritetlərdən biridir. Çünki media savadlığı yüksək olan cəmiyyətbir qayda olaraq heç vaxt dezinformasiyanın və yalancı təbliğatıntəsiri altına düşmür və eyni zamanda keyfiyyətli media məzmununufərqləndirə bilir.
“Bu baxımdan, bu həftə ərzində silsilə tədbirlərimiz oldu.Hazırda keçirilən konfransda 500-ə yaxın nümayəndə iştirak edir.Ümumiyyətlə, il ərzində Azərbaycanın müxtəlif bölgələrində ortaməktəbləri və ali təhsil müəssisələrini əhatə edən mediasavadlılığı proqramımız həyata keçirilibdir. Bu proqramlardaümumilikdə 5000-dən çox gənc vətəndaşımız maarifləndirmə işlərindəiştirak ediblər”.
N.Məmmədli qeyd edib ki, cəmiyyətin media savadlılığısəviyyəsinin yüksəldilməsi prioritetdir və biz bu istiqamətdəsistemli yanaşmamızı, fəaliyyətimizi davam etdirməliyik.
“Bu həftə ərzində və bu həftədən əlavə əsasən maarifləndirmətədbirləri, seminarlar, təlimlər keçirilir. Ali məktəb tələbələrivə orta məktəb şagirdlərini əhatə edən bu tədbirlər birmaarifləndirmə proqramıdır”,- deyə o əlavə edib.