Müstəqil Azərbaycanın Prezidenti, dünya azərbaycanlılarının lideri
İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti və dünya azərbaycanlılarının lideridir. O, müasir və nüfuzlu dövlət xadimi kimi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük hörmət qazanmışdır. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən İlham Əliyev peşəkar siyasətçi kimi Azərbaycanın iqtisadi, siyasi və mədəni inkişafında mühüm rol oynamışdır.
Onun təşəbbüsü və fəal iştirakı ilə neft strategiyası uğurla həyata keçirilmiş, ölkəyə böyük həcmdə xarici investisiya cəlb olunmuş, minlərlə yeni iş yeri yaradılmışdır. İlham Əliyev Yeni Azərbaycan Partiyasının lideri, Milli Məclisin deputatı, AŞPA-da nümayəndə heyətinin rəhbəri və vitse-spikeri kimi fəaliyyət göstərmiş, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına töhfə vermişdir.
Prezident kimi o, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, insan hüquqlarının qorunmasını, milli-mənəvi dəyərlərin inkişafını daim diqqət mərkəzində saxlamışdır. Gənclər və idman siyasəti, təhsil proqramları və uzunmüddətli inkişaf strategiyaları Azərbaycanın gələcəyinə xidmət edir.
Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan Ordusu 30 illik işğala son qoymuş, ölkənin ərazi bütövlüyü bərpa edilmişdir. Uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Fərəc Fətullayev,
Masallı rayonu, Qədirli kəndi