AZ

Hakan Fidan, Yaşar Güler və İbrahim Kalın Suriyaya getdi


Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) başçısı İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə səfər ediblər.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, onlar Suriya Prezidenti Əhməd əş-Şaraa və suriyalı rəsmilərlə görüşəcəklər.
Səfər çərçivəsində siyasi, iqtisadi və təhlükəsizlik aspektləri ilə Türkiyə-Suriya əlaqələrinin son birillik gedişatı qiymətləndiriləcək, həmçinin, Türkiyənin milli təhlükəsizlik prioritetlərini yaxından maraqlandıran 10 Mart Sazişinin tətbiqi prosesinin gedişatı müzakirə ediləcək.
Həmçinin, Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin müzakirəsi gözlənilir.
Seçilən
31
2
yeniavaz.com

4Mənbələr