AZ

Daha iki məşhur həbs olundu Türkiyədə narkotik əməliyyatları davam edir

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müğənni Yusuf Güney İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində tibbi müayinədən keçirilib.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, son günlər İstanbulda keçirilən genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində bir sıra tanınmış simalar saxlanılıb. Barəsində saxlanılma qərarı çıxarılan Yusuf Güney polis tərəfindən ünvanında tapılmadığı üçün onun haqqında axtarış qərarı verilmişdi.Məlumata görə, daha sonra Yusuf Güney istintaq çərçivəsində yoxlanışından keçirilib.İstintaq çərçivəsində aktrisa Melisa Döngel də saxlanılıb. Onun saç və qan nümunələrinin götürüldükdən sonra sərbəst buraxıldığı bildirilib.Eyni əməliyyat çərçivəsində adı hallanan, lakin ölkə xaricində olduqları müəyyən edilən bəzi şəxslər barəsində də axtarış qərarı çıxarılıb. Onlardan biri model Şevval Şahin hazırda xaricdə olduğu üçün Türkiyəyə qayıtmayıb.Şevval Şahin məsələ ilə bağlı açıqlamasında, ailəvi səbəblərlə İngiltərədə olduğunu və xəbərləri sonradan gördüyünü bildirib. O, işlərini tamamladıqdan sonra Türkiyəyə qayıdaraq lazımi izahatları verəcəyini deyib.Keçən həftə həyata keçirilən əməliyyat zamanı aktrisa İrem Sak, müğənni Aleyna Tilki, sosial media fenomeni Danla Bilic və Mümine Sena Yıldız saxlanılanlar arasında olub.Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
www.bakupost.az

1Mənbələr