Bakı. Trend:
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi RüstəmMinnixanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi, möhkəmcansağlığı və Azərbaycan xalqının rifahı naminə ali dövlətifəaliyyətinizdə davamlı uğurlar arzularımı qəbul etməyinizi xahişedirəm.
Siz doğma Vətəninizə yorulmadan və sədaqətlə xidmət göstərir,onun sistemli sosial-iqtisadi və ictimai-siyasi inkişafını,sabitliyini təmin edir, ardıcıl olaraq mühüm strateji təşəbbüslərhəyata keçirirsiniz.
Qoy bütün planlarınız bundan sonra da həmvətənlərinizin yekdildəstəyi ilə səmərəli şəkildə reallaşsın, Azərbaycan Respublikasındavə beynəlxalq aləmdə sahib olduğunuz yüksək nüfuz əhəmiyyətliməqsədlərinizə çatmağınıza kömək olsun!
Çoxşaxəli Rusiya-Azərbaycan tərəfdaşlığı və qlobal sülh naminəTatarıstan və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrininmöhkəmləndirilməsinə ümidvar olduğumu bildirirəm.
Sizə və yaxınlarınıza xoşbəxtlik diləyir və ən xoş arzularımıçatdırıram".