"Milan" Niklas Fülkruq üçün "Vest Hem"lə icarə müqaviləsi bağlayıacaq.
QOL.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Almaniya millisinin üzvü bu həftə "Milan"da tibbi müayinədən keçəcək.
Fülkruq maaşının bir qədər azalmasına da razılıq verib və "Vest Hem"ə qayıtmaq istəmir. Fülkruqun bu axşam və ya çərşənbə axşamı səhəri Milana gedəcəyi gözlənilir.
Bu mövsüm alman hücumçu bütün yarışlarda 9 oyuna çıxıb və qol vura bilməyib. O, ümumilikdə 413 dəqiqə oynayıb. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 8 milyon avrodur.