AZ

20-dən artıq məktəbdə 3000-dən çox şagird üçün məlumatlandırıcı sessiyalar təşkil olunub - MEDİA

BAKI, 22 dekabr. TELEQRAF

Qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alan dezinformasiyaya qarşı mübarizədə media savadlılığının artırılması Azərbaycanda prioritet istiqamətlərdən biri olaraq müəyyən edilib.

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” Konfransında deyib.

O bildirib ki, buraya həm də media məzmununun dəyərləndirilməsi ilə bağlı davamlı və sistemli maarifləndirməfəaliyyətinin həyata keçirilməsi daxildir.

"Media savadlılığının artırılması çoxşaxəli vəkompleks bir prosesdir. Bu baxımdan ailə institutu, təhsil sistemi, dövlət qurumları, qeyri-hökumət təşkilatları vəmedia subyektləri arasında koordinasiyalı vəməqsədyönlü əməkdaşlıq səmərəli nəticələrin əldəolunması üçün zəruri şərtdir. “Media Savadlılığı” Həftəsi çərçivəsindəkeçirilən tədbirlər dəməhz bu əməkdaşlığın gücləndirilməsinə, təşəbbüskarlığın artırılmasına vəmedia mühitində məsuliyyətli yanaşmanın təşviqinəxidmət edir".

O vurğulayıb ki, indiyədək 25-dən çox regionda 2000-dən artıq gənc prosesəcəlb edilib, ümumtəhsil müəssisələrindəmedia savadlılığı mövzusunun əhatə dairəsin genişləndirilib:

"Bu məqsədlə 20-dən artıq orta məktəbdə 3000-dən çox şagird üçün məlumatlandırıcı sessiyalar təşkil olunub, media subyektləri ilə əməkdaşlıq çərçivəsində maarifləndirici və təşviqedici materiallar hazırlanaraq ictimaiyyətətəqdim edilib".

Seçilən
45
11
teleqraf.com

10Mənbələr