AZ

Almaniyalı hücumçu “Milan”da

“Milan” Almaniya millisinin üzvü Niklas Fülkruqu icarəyə götürəcək.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu bu həftə Milanda tibbi müayinədən keçəcək və maaşında azalmaya razılıq verib. Fülkruq “Vest Hem”ə qayıtmaq istəmir və bu axşam və ya çərşənbə səhəri Milana çatacağı gözlənilir.

Bu mövsüm alman hücumçu 9 oyunda 413 dəqiqə oynayıb, qol vurmayıb. Onun bazar dəyəri 8 milyon avrodur.

Seçilən
83
idmanxeber.az

1Mənbələr