2025-ci ildə də dünya üzrə uşaqların əhəmiyyətli hissəsi məktəbə gedir, lakin əsas oxu və riyaziyyat bacarıqlarını əldə edə bilmirlər.
AzEdu.az xəvər verir ki, UNESCO və digər qlobal təhsil qurumlarının statistikasına görə, inkişaf etməkdə olan ölkələrdə uşaqların təxminən 60 faizi minimum oxu və riyaziyyat bacarıqlarına malik deyil.
Bu problem “learning poverty”,- yəni məktəbdə olmaqla belə real öyrənmə əldə etməmək kimi tanınır.
Hesabatda vurğulanır ki, uşaqlar məktəbə davam etsələr də, dərslikləri başa düşməkdə və sadə hesablama işlərini etməkdə çətinlik çəkirlər. Xüsusilə Sub-Saharan Afrika, Latın Amerikası və bəzi Asiya ölkələrində öyrənmə yoxsulluğu daha yüksəkdir. 2025-ci il üçün öyrənmə göstəricilərində ciddi fərqlər mövcuddur; aşağı gəlirli bölgələrdə uşaqların əksəriyyəti əsas bilikləri mənimsəyə bilmir.
Təhsil ekspertləri bildirirlər ki, yalnız məktəbə getmək kifayət deyil. Uşaqların real bacarıq əldə etməsi üçün keyfiyyətli təhsil, effektiv öyrənmə metodları, müəllim hazırlığı və dərs proqramlarının təkmilləşdirilməsi vacibdir.
Qlobal miqyasda vəziyyət hələ də ciddi problem olaraq qalır və beynəlxalq təhsil strategiyalarında prioritet mövzu olaraq diqqət mərkəzində saxlanılmalıdır.
Zeynəb Tehranlı