BAKI, 22 dekabr. TELEQRAF
Media savadlılığı mövzusu məktəbdən başlayır.
Teleqraf xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” Konfransında deyib.
O bildirib ki, artıq məktəblərdə bu istiqamətdə müəyyən uğurlu işlər var
"Orta məktəblərdə aşağı siniflərdə dərslərdə kibertəhlükəsizlik kimi məlumatlar geniş yer ayrılır. Yuxarı siniflərdə isə şagirdlərə məlumatların təhliliöyrədilir", - o əlavə edib.
O qeyd edib ki, bu sahənin ayrıca fənn kimi tədrisi əvəzinə digər sahələrlə əlaqələndirilərək məktəblərdə keçirilməsi daha məqsədəuyğundur.