AZ

Rusiya səfirliyi Qdanskdakı konsulluq binasını tərk etməkdən imtina edir

Polşa Xarici İşlər Nazirliyinin tələbinə baxmayaraq, Rusiya səfirliyi Qdanskdakı konsulluq binasını tərk etməkdən imtina edir.

APA xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

Məlumata görə, Rusiya səfirliyinin Qdansk şəhər şurasına göndərdiyi məktubda keçmiş konsulluq binasında “səfirliyin inzibati-texniki əməkdaşının qalacağı” bildirilib və bu əsasla binanın təhvil verilməsindən imtina edilib.

Qeyd olunur ki, noyabrın 19-da Polşanın xarici işlər naziri Radoslav Sikorski Qdanskda Rusiya konsulluğunun fəaliyyətinə verilən icazənin ləğv edilməsi barədə qərar qəbul edildiyini açıqlayıb. Polşa XİN-in məlumatına görə, konsulluq bu ilin dekabrın 23-də gecə yarısınadək bağlanmalı, onun əməkdaşları isə Polşa ərazisini tərk etməlidirlər.

Bu gün keçirilən mətbuat konfransında Qdansk şəhərinin vitse-meri Emiliya Lodzinska bildirib ki, Rusiya səfirliyi şəhər administrasiyasına məktub göndərərək indiyədək Rusiya konsulluğunun fəaliyyət göstərdiyi binada səfirliyin inzibati-texniki əməkdaşının yaşayacağını qeyd edib. Onun sözlərinə görə, bu səbəbdən “biz fiziki olaraq bu daşınmaz əmlakı təhvil ala bilməyəcəyik”.

Lodzinska vurğulayıb ki, Rusiya tərəfinin bu əmlakın onlara məxsus olması ilə bağlı iddiaları yalandır və reallığa uyğun deyil.

Seçilən
65
3
apa.az

4Mənbələr