ain.az, Yeniavaz saytına istinadən bildirir.
Uzun illərdir Türkiyənin ATV telekanalında Ramazan proqramlarını aparan professor Dr. Nihat Hatipoğlu bu ilki iftar və sahur proqramlarında aparıcılıq etməyəcək.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
Professor Dr. Nihat Hatipoğlunun televiziyadan ayrılacağı ilə bağlı şayiələr sosial mediada müzakirə mövzusuna çevrilib.
Onun 2026-cı ilin yanvar ayında ATV-də, yoxsa başqa kanalda olacağı da maraq doğuran məsələdir.
Sözügedən kanalda yayımlanan Ramazan verilişlərinin aparıcısının kim olacağı isə açıqlanmayıb.
Həmçinin, Nihat Hatipoğlunun 2026-cı ildə Ramazan proqramına aparıcılıq etməmək qərarı ilə bağlı ATV-dən rəsmi açıqlama da yoxdur.
Qeyd edək ki, Nihat Hatipoğlu 11 may 1955-ci ildə Diyarbəkirdə anadan olub. 1975-ci ildə Uşak İmam Hatip Liseyini, 1981-ci ildə isə Ankara Universitetinin İlahiyyat Fakültəsini bitirib. Doktorluq dərəcəsini “Qurani-Kərimin Anlaşılmasında Hədislərin Rolu” adlı dissertasiyası ilə alıb. 2012-ci ildə ilahiyyat professoru olub. Beş il sonra Ali Təhsil Şurasına seçilib. Özəl televiziya kanallarında proqramlar aparmağa başlayan Nihat Hatipoğlu çoxsaylı radio proqramlarının da müəllifidir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.