AZ

Dəm qazında zəhərlənənlərin durumu ağırdır

Abşeron rayonunda evdə huşsuz vəziyyətdə tapılan şəxslərin son durumu açıqlanıb.

“Yeni Sabah”a Abşeron Rayon Mərkəzi Xəstəxanası və Kliniki Tibbi Mərkəzdən daxil olan məlumata görə, 21.12.2025-ci il tarixində saat 20:50 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərilib.

Vəziyyətləri nəzərə alınaraq, xəstələr daha ixtisaslı tibbi yardım üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə ediliblər. Dərhal zəruri tibbi tədbirlər həyata keçirilib.

Hazırda 1940-cı il təvəllüdlü şəxsin müalicəsi müvafiq şöbədə davam edir, vəziyyəti ağır qiymətləndirilir. 1979 və 2013-cü il təvəllüdlü şəxslərin isə vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə ötən gün Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında baş verib. Belə ki, 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə aşkarlanıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
36
yenisabah.az

1Mənbələr