AZ

IFC Türkiyədə dayanıqlı inkişaf və innovasiyalarla bağlı beynəlxalq şirkətə iri məbləğdə kredit ayırıb

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) məişət texnikasıistehsalı üzrə beynəlxalq şirkət olan, bu sahədə qlobal lidersayılan “Beko” ilə 100 milyon avro məbləğində dayanıqlı inkişafgöstəricilərinə bağlı kreditin verilməsini nəzərdə tutan sazişimzalayıb.

Trend bu barədəIFC-yə istinadən xəbər verir.

Qeyd olunur ki, bu kredit “Beko” tarixində bu tipli ilkmaliyyələşdirmədir və şirkətə bərpa olunan enerji mənbələrindənistifadənin genişləndirilməsi, istehsal obyektlərinin seysmikdayanıqlığının artırılması, həmçinin Türkiyə üzrə müəssisələrdətədqiqat və inkişaf (R&D) sahəsinə investisiyalar hesabınainnovasiyaların təşviqi imkanı yaradacaq.

“Cəlb olunmuş maliyyə vəsaiti bərpa olunan enerjidən istifadəyəyönəlmiş “Beko”ya məxsus iki günəş elektrik stansiyasınınfəaliyyətinin davam etdirilməsini, eləcə də altı istehsal sahəsininmöhkəmləndirilməsini təmin edəcək ki, bu da onların mümkünzəlzələlərin təsirlərinə qarşı davamlılığını artıracaq. Bundanəlavə, vəsait rəqəmsallaşmanın dəstəklənməsi və resurslardansəmərəli istifadəyə töhfə verən, ekoloji cəhətdən effektiv yeninəsil məişət texnikasının hazırlanması məqsədilə “R&D” sahəsinəyatırılacaq. Bu tədbirlər eyni zamanda kadr potensialının inkişafıvə innovasiyaların stimullaşdırılması təşəbbüslərini də əhatə edirki, bu da Beko-nun qlobal rəqabət qabiliyyətini daha dagücləndirəcək.

Beşillik kreditin məişət texnikası istehsalında dayanıqlıistehsala daha geniş keçidi təşviq edəcəyi və digər türkistehsalçıları üçün ixrac imkanlarının genişlənməsinə töhfəverəcəyi gözlənilir”, – məlumatda deyilir.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr