AZ

"Barselona"dan uğurlu seriya

style='margin-bottom:10px;'>

“Barselona” İspaniya La Liqasında uğurlu çıxışını davam etdirr.

QOL.az xəbər verir ki, Kataloniya klubu son turda  “Vilyarreal”a 2:0 hesabı ilə qalib gəlib.

"Opta”nın məlumatına görə, "Barselona” artıq ardıcıl 38 La Liqa oyununda ən azı bir qol vurur. Bu göstərici klub üçün 2013-cü ildən bəri ən yaxşı nəticədir. Həmin il “Barselona” ardıcıl 64 matçda fərqlənərək, çempionat tarixinin ən uzun seriyasına imza atmışdı.

Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın növbəti rəqibi “Espanyol” olacaq. Barselona derbisi yanvarın 3-də keçiriləcək.

Qeyd edək ki, "Barselona" hazırda La Lqiada 46 xalla liderdir və ən yaxın izləyicisi “Real”ı 4 xal qabaqlayır.

Seçilən
26
teleqraf.com

1Mənbələr