AZ

Türkiyədə məktəbdə dəhşətli hadisə: 12 yaşlı şagird direktoru tüfənglə vurub

Türkiyənin Mersin şəhərinin Anamur rayonunda dəhşətli hadisə baş verib. Rüştü Kazım Yücelen orta məktəbində 12 yaşlı şagird 39 yaşlı məktəb direktoru Ender Karanı tüfənglə vuraraq ağır yaralayıb.

Bu barədə 7News.Az DHA-ya istinadən xəbər verir.

Məlumata görə, məktəb direktoru Ender Kara ağır vəziyyətdə xəstəxanaya aparılıb və müalicə altına alınıb.

Qeyd edilir ki, direktor ötən həftə məktəbə elektrikli velosipedlə gələn şagirdə xəbərdarlıq edib. Bu xəbərdarlığı qəbul edə bilməyən şagird bu gün səhər saatlarında tüfənglə məktəbə gəlib və məktəbin həyətində şagirdləri qarşılayan Karaya atəş açıb. Hadisə yerinə sağlamlıq və jandarm qrupları göndərilib.

12 yaşlı şagird ifadəsinin alınması üçün jandarm bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırmaya başlanıb.
Seçilən
65
7news.az

1Mənbələr