AZ

İqtisadçı: Qarabağın yaşıl enerji zonası kimi inkişafı regionun tərəqqisi üçün yeni perspektivlər açır

Bakı, 22 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişafı, eyni zamanda, Azərbaycanın qonşu ölkələrlə münasibətlərin normallaşması bütün region üçün müsbət nəticələr yarada bilər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Ədalətli Enerji Keçidi layihəsinin və Almaniyanın Rur Universitetinin Enerji Keçidi Laboratoriyasının icraçı direktoru, iqtisadçı alim Elxan Sadıxzadə söyləyib.

O bildirib ki, bu inkişaf bölgədə sabitlik və uzunmüddətli tərəqqi üçün yeni perspektivlər açır, həmçinin müasir və səmərəli enerji sisteminin formalaşmasına şərait yaradır.

“Bu, ekoloji, iqtisadi, sosial və xüsusilə siyasi müstəvidə yeni başlanğıc deməkdir. Bu dəyişiklik region üçün dayanıqlı inkişafı və davamlı sülhü gücləndirə bilər. Sıfırdan qurulan enerji infrastrukturu isə daha modern, səmərəli və gələcək standartlara uyğun sistem yaratmaq imkanı verir”, - deyə iqtisadçı alim vurğulayıb.

Müsahibənin tam variantı tezliklə AZƏRTAC-da dərc olunacaq.

Seçilən
18
azertag.az

1Mənbələr