2025-ci ildə Rusiya ərazisinə PUA hücumlarının sayı əvvəlki illə müqayisədə 33% artıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə müharibə başlayandan bəri "Telegram" kanallarında hərbi fəaliyyət xəbərlərini təhlil edən “Novaya Qazeta Avropa” yazıb.
Onun hesablamlarına görə, 2025-ci ildə (noyabrın sonuna qədər) təxminən 4000 belə hadisə baş verib. Dronların vurulması Rusiyanın ən azı 49 regionunda, həmçinin ilhaq edilmiş Krım və Sevastopolda qeydə alınıb. Orta hesabla gündə təxminən 11 pilotsuz təyyarə qəzaya uğrayıb və ya hədəflərini vurub.
Vurulan PUA-ların sayı əvvəlki ilə nisbətən 52% artıb.
Telegram kanalımız