AZ

QHT mədəni və intellektual aktivliyi artırır

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli (Sadıqova) həyata keçirilən layihələr və qarşıdakı il üçün prioritetlər barədə məlumat verib.

Onun sözlərinə görə, icra olunan layihələr çərçivəsində yüzlərlə uşaq və gəncin istedadı aşkar olunub, onların səhnə mədəniyyəti, özünə inamı və təqdimat bacarıqları inkişaf etdirilib:

"Layihələr çərçivəsində yüzlərlə uşaq və gəncin istedadı aşkarlandı, onların səhnə mədəniyyəti, özünə inam və təqdimat bacarıqları inkişaf etdirildi. Müsabiqə və tədbirlər vasitəsilə iştirakçılar mükafatlandırıldı, valideynlər və müəllimlərlə əməkdaşlıq quruldu. Eyni zamanda regionlarda mədəni və intellektual aktivliyin artmasına töhfə verildi. 2026-cı il üçün əsas prioritetlərimiz regionlarda fəaliyyətin daha da genişləndirilməsi, istedadlı uşaqlar üçün davamlı inkişaf platformalarının yaradılması, inklüziv layihələrin icrası və özəl və dövlət sektorları ilə sıx əlaqələrin qurulmasıdir.  Həmçinin rəqəmsal resurslardan istifadə etməklə daha çox uşağa və gəncə çatmağı hədəfləyirik".

Seçilən
36
qht.az

1Mənbələr