AZ

“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan klub prezidenti də azadlığa buraxıldı

Amnistiya aktı Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, "Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də şamil olunub.
 
O, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

O, məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilib.

Amnistiya aktı ilə o, cəzasının çəkilməyən hissəsindən azad edilib.
 
 

Seçilən
24
15
7news.az

10Mənbələr