ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.
"Unikal"ın məlumatına görə, Əzizli Murad İlham oğlu Sənədlərlə iş və vətəndaş qəbulu departamentinin müdir müavini təyin edilib.
M.Əzizli yeni təyinatadək Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin köməkçisi idi.
Qeyd edək ki, adıçəkilən departamentin müdiri Elmar Hacıyevdir. O bir neçə ay əvvəl bu vəzifəyə gətirilib.
Anar Kəlbiyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.