AZ

Litva Ukraynaya istilik elektrik stansiyası təhvil verdi

Litva istilik elektrik stansiyasını (İES) Ukraynaya təhvil verib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat verib.

Qeyd olunur ki, istilik elektrik stansiyasının daşınması üçün mürəkkəb logistika əməliyyatı 11 ay çəkib və ümumi çəkisi 2 399 ton olan 149 avadanlığın çatdırılmasını əhatə edib.

Nazirlik əlavə edib ki, elektrik stansiyası Ukraynanın bir neçə bölgəsində təcili təmir işlərinin aparılmasına imkan verib.

Dekabrın 19-da Ukrayna Energetika Nazirliyi bildirib ki, Rusiya hərbi qüvvələrinin enerji infrastrukturuna endirdiyi zərbələrdən sonra Odessa bölgəsində 73 mindən çox istehlakçı elektrik enerjisindən məhrum olub. İnsanlar bir həftəlik elektrik kəsintisinə etiraz olaraq yolları bağlamağa başlayıblar .

Seçilən
61
1
unikal.az

2Mənbələr