AZ

“Tottenhem” Marmuşu transfer etmək istəyir

“Tottenhem” “Mançester Siti”nin hücumçusu Omar Marmuşu transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London klubu misirli futbolçunu “Bornmut”dan Antuan Semenyonun alternativi kimi görür və onu əvvəlcə icarəyə götürüb, daha sonra satın alma variantından yararlanmağı planlaşdırır.

26 yaşlı Marmuş bu mövsüm bütün turnirlərdə 15 matçda iştirak edib, 1 qol və 1 asistlə yadda qalıb.

Seçilən
42
idmanxeber.az

1Mənbələr