AZ

Oman nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Bakı, 22 dekabr, AZƏRTAC

Oman Sultanlığının İqtisadiyyat Nazirliyinin və İnvestisiya İdarəsinin nümayəndələrindən ibarət heyət “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.

Bu barədə AZƏRTAC-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

KOBİA -nın və “Bakı KOB evi”nin əməkdaşları tərəfindən Azərbaycanın KOB evi modeli, KOB evlərində sahibkarlara göstərilən G2B və B2B xidmətlər barədə məlumat verilib.

Qeyd olunub ki, vahid məkanda sahibkarlara xidmət mərkəzi olan KOB evlərində biznesin planlaşdırılmasından başlayaraq sahibkarlığa başlanılması və inkişafı üzrə dövlət və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər göstərilir. Hazırda ölkə üzrə 4 KOB evi və 1 xidmət mərkəzi sahibkarların istifadəsindədir. KOB evlərində 50-dən çox dövlət və özəl qurum tərəfindən 400-ə yaxın G2B və B2B xidməti təqdim olunur. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir. KOB evi modeli artıq bir sıra ölkələrin diqqət mərkəzindədir və bu modellə bağlı Azərbaycan təcrübəsinin öyrənilməsi üçün KOBİA ilə əməkdaşlıq sənədləri imzalanıb.

Seçilən
59
azertag.az

1Mənbələr