AZ

“Bakı Metropoliteni”nin bağlanan iki bankdan vəsaitlərini geri ala bilməyib

BAKI, 22 dekabr. TELEQRAF

2024-cü ildə “Bakı Metropoliteni”nin banklarda 13 milyon 486 min manat vəsaiti olub. Qurumun zərər ehtiyatı isə 3 milyon 709 min manat təşkil edib.

Teleqraf xəbər verir ki, zərər ehtiyatı Qapalı Səhmdar Cəmiyyətin 2016-cı ildə lisenziyaları ləğv edilmiş banklarda saxlanılan və indiyədək geri ala bilmədiyi vəsaitdir.

“Bakı Metropoliteni”nin “Texnikabank”da 1 milyon 563 min manat, “Bank Standard”da isə 2 milyon 166 min manat vəsaiti qalıb.

Vəsaitlərin bərpası ilə bağlı rəsmi tələblər irəli sürülməsinə baxmayaraq, maliyyə hesabatının təqdim olunma tarixinə qədər hər hansı bərpa baş verməyib.

Seçilən
39
teleqraf.com

1Mənbələr