Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Almaniya hökuməti Fransa və Rusiya liderləri arasında mümkün telefon danışığı ilə bağlı yayılan xəbərlər fonunda kansler Fridrix Mersin Rusiya prezidenti Vladimir Putinə zəng etmək niyyəti barədə hər hansı məlumata malik deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə Berlində keçirilən brifinqdə Almaniya Federal Hökumətinin nümayəndəsi Şteffen Mayer məlumat verib.
Onun sözlərinə görə, kanslerin Rusiya prezidentinə zəng etməyi planlaşdırıb-planlaşdırmadığı barədə onda heç bir informasiya yoxdur. “Ən azı bu gün üçün bildirəcəyim bir şey yoxdur”, – deyə Mayer müvafiq suala cavabında bildirib. “Dediyim kimi, bu məsələ ilə bağlı nə əlavə edəcəyim, nə də elan edəcəyim bir məlumat var. Biz bunu heç vaxt tam istisna etməmişik, lakin hazırda elan ediləcək heç nə yoxdur”, - deyə o əlavə edib.
Dekabrın 21-də AFP agentliyi xəbər verib ki, Yelisey sarayı yaxın günlərdə Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqların keçirilməsi imkanını nəzərdən keçirəcək. Fransa lideri Brüsseldə keçirilən Aİ sammitinin yekunlarına dair bəyanatında Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin vaxtının çatdığını bildirib. O vurğulayıb ki, ABŞ nümayəndələrinin Avropalıların iştirakı olmadan Moskva ilə Ukrayna üzrə nizamlanma şərtlərini müzakirə etdiyi mövcud danışıqlar formatı “optimal deyil”.
Dekabrın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrov Misirin xarici işlər naziri Bədr Əbdül Ati ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Makronun sözlərini şərh edərkən bildirib ki, Rusiya hər zaman dialoqa açıqdır. O xatırladıb ki, Rusiya prezidenti dəfələrlə əlaqələrə açıq olduğunu vurğulayıb. “Lakin bunun elementar nəzakət qaydalarına malik, sivil davranış göstərən insanlarla olacağı başa düşülməlidir”, - deyə əlavə edib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.