AZ

Yuxusuzluqla mübarizənin sadə yolu: Qaranlıqda duş alın

Yuxu üzrə məsləhətçi Elli Har və somnologiya üzrə həkim Klær Rums yuxusuzluqla mübarizənin gözlənilməz üsulunu açıqlayıblar.

Paralel.az xəbər verir ki , onların tövsiyəsi "Daily Mail" nəşrində yayımlanıb.
 

Mütəxəssislərin sözlərinə görə, sosial şəbəkə istifadəçilərinin çoxu yuxusuzluqla mübarizə aparmaq üçün duşu qaranlıqda və ya zəif işıqlı şəraitdə qəbul etməyin faydalı olduğunu bildirirlər. Har bu üsulun effektivliyini belə izah edib: isti su bədənin temperaturunu aşağı salır və bu, orqanizm üçün yuxu vaxtının gəldiyini göstərən əsas siqnaldır.


O, həmçinin yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün zəif işığın vacib olduğunu qeyd edib.

Belə işıq orqanizmi istirahət rejiminə keçirir və melatonin hormonunun ifrazını təşviq edir. Melatonin isə sirkadiyal ritmlərin tənzimlənməsində əsas rol oynayır. (Redaktor.az)

Seçilən
14
3
paralel.az

4Mənbələr