AZ

Bayram sevinc əvəzinə gərginlik yaradırsa...

Psixoloq Kimberli Seyn Yeni il ərəfəsində tükənmişlikdən qaçmaq və stresi azaltmaq üçün təsirli üsulları açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun üç əsas tövsiyəsini "Independent" nəşri yayıb.

Seyn bildirib ki, bir çox insan üçün bayramqabağı dövr sevinc əvəzinə əsəbilik və yorğunluqla müşayiət olunur. Psixoloqun fikrincə, bu vəziyyətin əsas səbəblərindən biri işdə, evdə, maraq qruplarında və dost çevrəsində həddindən artıq yüklənmədir.

“Hamını razı salmağa çalışmaq lazım deyil. Açıq-aşkar əlavə güc tələb edən tapşırıqlardan imtina etməyi bacarmaq vacibdir”, - deyə o, tövsiyə edib.

Mütəxəssis ruh rahatlığı üçün ikinci vacib məqam kimi maliyyə məsələlərini qeyd edib. Onun sözlərinə görə, hədiyyələrin alınması, bayram tədbirləri üçün geyim seçimi və istirahətin təşkili çox vaxt ciddi maliyyə xərcləri tələb edir, hətta insanları borca salaraq narahatlıq və stress yaradır. Bu səbəbdən Seyn bayram günlərində qənaət etməyi məsləhət görüb.

Psixoloq hədiyyələrin endirimlə alınmasını və ya öz əlləri ilə hazırlanmasını tövsiyə edib. Onun sözlərinə görə, yaxın insanlar üçün əsas olan diqqətdir, qənaət edilən vəsait isə narahatlığı azaldaraq emosional sabitliyə kömək edir.

Aytəkin TOFİQQIZI

Seçilən
75
1
redaktor.az

2Mənbələr