
Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların 31 iyul 2026-cı ilə qədər uzadıldığını elan edib.
Yeniavaz.com xəbər verir ki, Aİ Şurası məlumat yayıb.
“Aİ Şurası Ukraynadakı vəziyyətin davam edən qeyri-sabitləşməsi ilə əlaqədar Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri altı ay, 31 iyul 2026-cı ilə qədər uzadıb”, - məlumatda qeyd edilib.
Aİ Şurasının bildirdiyinə görə, ilk dəfə 2014-cü ildə tətbiq edilən bu iqtisadi tədbirlər 2022-ci ilin fevral ayından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.
Tədbirlər ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks əşyalar sahəsində məhdudiyyətlər daxil olmaqla geniş spektrli sektorlara şamil edilir.